Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Prezident İlham Əliyevin Azərbaycanın inkişaf strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil” adlı məqalələr toplusu çapdan çıxıb
28.12.2021 12:50
  • A-
  • A
  • A+

“Prezident İlham Əliyevin Azərbaycanın inkişaf strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil” adlı məqalələr toplusu çapdan çıxıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən “Prezident İlham Əliyevin Azərbaycanın inkişaf strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil” adlı məqalələr toplusu nəşr olunub. Topluda 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı zəfər və ondan sonrakı dövrdə təşəkkül tapmış yeni gerçəkliklər və yaranmış yeni reallıqlar barədə məqalələr yer alıb.

Toplunun elmi redaktoru, f.e.d., professor İlham Məmmədzadə, redaksiya heyəti fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənova, kimya üzrə fəlsəfə doktoru, dosent Adil Həşimov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: