Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın doktorantura və dissertanturasında qış imtahan sessiyası başa çatıb
30.12.2021 12:00
  • A-
  • A
  • A+

AMEA-nın doktorantura və dissertanturasında qış imtahan sessiyası başa çatıb

AMEA prezidentinin 01 dekabr 2021-ci il tarixli 555 nömrəli “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA-da 07-27 dekabr 2021-ci il tarixlərində qış imtahan sessiyası çərçivəsində ixtisas fənni üzrə doktorluq imtahanları keçirilib.

Fəlsəfə və elmlər doktoru üzrə ixtisas imtahanları AMEA-nın 24 elmi müəssisəsində təşkil olunub. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşlarının müşahidəçi qismində iştirakı ilə keçirilən imtahan prosesinin şəffaf və mövcud qaydalara, qəbul olunmuş qərarların tələblərinə uyğun təşkil olunması üçün bütün müvafiq tədbirlər həyata keçirilib, doktorant və dissertantların elmi biliyinin obyektiv qiymətləndirilməsi prioritet götürülüb.

Qeyd edək ki, 27 dekabr 2021-ci il tarixində imtahan prosesi müvəffəqiyyətlə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: