Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın magistraturasında qış imtahan sessiyası başlayıb
05.01.2022 15:28
  • A-
  • A
  • A+

AMEA-nın magistraturasında qış imtahan sessiyası başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin 21 dekabr 2021-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən qış imtahan sessiyasının 2022-ci il yanvar ayının 5-dən fevral ayının 2-dək keçirilməsi nəzərdə tutulub.

AMEA-nın magistrantlarının xarici dil (ingilis dili) fənni üzrə imtahanın altı qrup üzrə 11 yanvar 2022-ci il tarixində keçirilməsi planlaşdırılır.

Müəyyən olunmuş qrafikə əsasən imtahanlar AMEA-nın magistratura təhsilini həyata keçirən 23 elmi müəssisəsində təşkil ediləcək.

Qış imtahan sessiyasının nəticələrinə görə təqaüd almaq hüququ olan magistrantların siyahısı 2022-ci il fevral ayının 15-dək müəyyən ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: