Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında beş seysmik stansiya quraşdırılıb
21.02.2022 15:47
  • A-
  • A
  • A+

Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında beş seysmik stansiya quraşdırılıb

Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycana gətirilən yeni seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Həmin stansiyaların 12 ədədinin palçıq vulkanları ərazisində quraşdırılması nəzərdə tutulub ki, artıq AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında beş stansiya  quraşdırılıb.

Hal-hazırda digər vulkanların ətrafında seysmik stansiyaların quraşdırılması prosesi  davam etdirilir. Palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması prosesinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində bölgələrdə quraşdırılması nəzərdə tutulan on seysmik stansiyalardan üçü - Tovuz (Hacılar), Daşkəsən (Xoşbulaq), İsmayıllı (Zərnəva) rayonlarında artıq quraşdırılaraq istismara verilib. Yerdə qalan stansiyaların quraşdırılması prosesi davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: