Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İnsanın ağciyərlərinə qədər hərəkət edə bilən elastik robot hazırlanıb
31.03.2022 17:32
  • A-
  • A
  • A+

İnsanın ağciyərlərinə qədər hərəkət edə bilən elastik robot hazırlanıb

İngiltərənin Lids Universitetinin mütəxəssisləri tərəfindən ağciyərlərdə olan şübhəli zədələnmələri müəyyən etmək və ya dərmanların bu orqana çatdırılmasını təmin etmək üçün ağciyərlərin dərinliklərinə qədər hərəkət edə bilən kiçikölçülü, həşərat formalı robot hazırlanıb.

Bundan öncə səkkizayaqlı ilbizlər və kalmarlara bənzər robot ağciyərlər və tənəffüs yollarının tədqiqi üçün istifadə edilən boruşəkilli tibbi alət olan bronxoskopun imkanlarını genişləndirmək üçün hazırlanmışdı. Həkimlər onu bronxial keçidlərə burun və ağız vasitəsilə daxil edirdilər, sonra isə onun daxili ilə daha incə, 2 millimetr kateteri daha dərin tənəffüs yollarına yeridirdilər.

Lakin bu yanaşmada manevr qabiliyyətində məhdudiyyətlər olduğundan və bəzi yerlərin əlçatmaz qaldığını nəzərə alaraq, Lids Universitetinin alimləri daha elastik və insanın daxilində daha asan idarə etməyin mümkün olduğu qurğunu hazırlamaq qərarına gəliblər. Nəticədə bir-birinə birləşmiş yumşaq elastomerdən olan silindrik seqmentlərdən ibarət, kiçik maqnit hissəcikləri quraşdırılmış robot ərsəyə gəlib.  

"Robot ağciyərlərin böyük bir qisminə çata bilər və ağciyərlərin xərçəngi və başqa xəstəliklərinin müalicəsində və tədqiqatında əhəmiyyətli kliniki alət ola bilər", - deyə tədqiqata rəhbərlik etmiş professor Petro Valdastri bildirib.

www.popmech.ru

  • Paylaş: