Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Yüksək Texnologiyalar Parkının ərazisində xarıbülbül çiçək açıb
12.04.2022 17:02
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının ərazisində xarıbülbül çiçək açıb

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində Şuşanın simvolu olan, təbiətin Azərbaycana bəxş etdiyi möcüzə hesab edilən xarıbülbül çiçək açıb.

Məlum olduğu kimi, bu gülü özəl edən əsas xüsusiyyətlərdən biri onun əsasən Şuşada, Qarabağ torpağında bitməsidir. Belə bir nadir gülün texnoparkın ərazisində çiçək açması olduqca əlamətdar hadisə kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, xarıbülbül nisgil, kədər, ağrı, həsrət rəmzi hesab olunur. Qədim türk əsatirlərində xarıbülbül (xar olmuş, qəmli bülbül) döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi kimi simvollaşdırılır.

Otuz il sonra 44 günlük müharibə nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğullarının Qarabağı düşmən tapdağından azad etməsi ilə xarıbülbül də azadlığına qovuşdu. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: