AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC-nin istehsal etdiyi yerli pilotsuz uçuş aparatları ilə bağlı AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin Videosalnamə studiyası tərəfindən reportaj hazırlanıb.
Reportajda qeyd olunub ki, həmin pilotsuz uçuş aparatları Bakıda “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə nümayiş olunacaq və hazırda sözügedən dronların təkmilləşdirilməsi istiqamətində işlər görülür.
Sözügedən reportajı təqdim edirik:
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.