Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK “Elmin dayanıqlı inkişafı” adlı virtual sərgini təqdim edir
21.04.2022 12:25
  • A-
  • A
  • A+

MEK “Elmin dayanıqlı inkişafı” adlı virtual sərgini təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən azərbaycanlı akademiklərin tədqiqatlarını özündə cəmləşdirən kitablardan ibarət “Elmin dayanıqlı inkişafı” adlı virtual sərgi hazırlanıb.

Sərgidə MEK-in fondlarından AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun akademik Ç.M.Çuvarlının 85 illik yubileyinə həsr etdiyi “О судьбе ученого и еще кое о чем другом” (1998) kitabı, A.M.Həşimov, O.A.Abbasov, Y.N.Həsənov və S.H.Hümbətovun “Qanunverici metrologiyanın əsasları” (2011), Zərifə Əliyevanın biblioqrafiyası (2013), İsa Həbibbəylinin “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007) və “Cəlil Məmmədquluzadə. Cümhuriyyət” (2002), Tofiq Allahverdiyev və İradə Hüseynovanın “Buğdanın quraqlığa davamlılığının fizioloji əsasları” (2022), Dilqəm Tağıyev, Manaf Manafov və Asif Məmmədovun “Kimyada informasiya texnologiyalarının tətbiqi” (2018), R.M.Əliquliyev və Y.N.İmamverdiyevin “Kriptoqrafiya tarixi” (2006), Tərlan Novruzov və Nərgiz Paşayevanın “Antik ədəbiyyat tarixi” (2000), Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” (2007), Gövhər Baxşəliyevanın “Ölməzliyə aparan yol” (1979) və “Məqalələr, məruzələr, müsahibələr...” (2011), Ağamusa Axundovun “Seçilmiş əsərləri” I cild (2018), Arif Paşayev, Hacıağa Quliyev və Surxay Səfərovun “Atmosfer proseslərinin fiziki əsasları” (2007), Akif Əlizadənin “Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində” (2011) 3 dildə, Zemfira Səfərovanın “Azərbaycanın musiqi elmi. XIII-XX əsrlər” (2006), Nailə Vəlixanlının “Azərbaycan bayraqları” (2000), Kamal Abdullanın “Gizli Dədə Qorqud” (1991), Nizami Cəfərovun “Səməd Mənsurun poeziyası” (2017), Nərgiz Axundovanın “Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi” (2010) və digər dəyərli nəşrlər təqdim olunur.

Bu kitablar elmin müxtəlif sahələrini əhatə etməklə dəyərli alimlərimizin klassik ədəbiyyat, folklorşünaslıq, elm, incəsənət, tarix və mətbuat dünyası, ekologiya, təbiət elmləri, informasiya texnologiyaları ilə bağlı çoxillik elmi axtarışlarını, tədqiqatlarını əhatə edir.

Kitablar elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai məsələlər ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, virtual ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: