Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix İnstitutunda “Quba şəhərinin toy adətləri” adlı kitab nəşr olunub
28.04.2022 12:15
  • A-
  • A
  • A+

Tarix İnstitutunda “Quba şəhərinin toy adətləri” adlı kitab nəşr olunub

Tarix İnstitutunda “Quba şəhərinin toy adətləri” adlı yeni kitab nəşr olunub.

Nəşrin müəllifi Rəxşəndə Babayeva, tərtib edəni və giriş mətninin müəllifi isə tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayevadır.

Kitabda Quba rayonunda keçmişdə mövcud olan və nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib-çatmış Azərbaycan xalqının milli adət-ənənələri, toy adətləri etnoqrafik cəhətdən öyrənilib, ailə qadının yeri ilə bağlı olan folklor materiallarına dair zəngin materiallar öz əksini tapıb. Müəllif yerli şivənin koloritini, tək-tək adamların dilində səslənən sözlərdə olduğu kimi saxlayıb, heç bir dəyişiklik etmədən yalnız izahını verməklə tərtib edib. R.Babayeva bu məqsədlə Azərbaycanın bir neçə illər ərzində müxtəlif rayonlarına mütamadi olaraq ekspedisiyalara gedib. Mövzu ilə əlaqədar mürəkkəb (tuşla) və akvarellə çəkilmiş rəsmlər Azərbaycan SSRİ Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-mədəniyyət şöbəsinin baş rəssamı, elmi işçi Əli Səttar Əlizadə və rəssam Bibixanım Muradova azərbaycanlıların həyatından müxtəlif səhnələr əks olunub. Son illərdə Rəxşəndə Babayeva “Bakının və Abşeronun qədim toy adətləri” monoqrafiyasının üzərində işləyib. R.Babayeva Abşeron əhalisinin ailə məişəti, mahnıları, tapmaca, zərb-məsəllərinə dair çoxlu folklor materialları toplayıb. Həmin materialların az bir qismi çap olunub.

Azərbaycanın şimal bölgəsinin etnoqrafiyası, eləcə də mövzu ilə bağlı bir çox maraqlı material və tarixi faktlarla oxucular bu kitabda tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: