Xəzər TV-də AMEA-nın Yüksək Texnologiyalar Parkında hazırlanan smart arı yeşikləri ilə bağlı reportaj yayımlanıb. Reportajda xüsusi sensorların quraşdırıldığı bu yeşiklərin ənənəvi arı yeşiklərindən xeyli fərqləndiyi vurğulanıb.
Qeyd olunub ki, süni intellektə əsaslanaraq hazırlanan smart arı yeşikləri isti və soyuq havalar üçün uyğunlaşdırılıb. Həmçinin bildirilib ki, AMEA-nın bu və digər elmi-texnoloji nailiyyətləri 26-29 may 2022-ci il tarixlərində Bakıda keçiriləcək “Teknofest Azərbaycan” festivalında sərgilənəcək.
Sözügedən süjeti buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.