Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər gecələr də günəş enerjisi istehsal edən cihaz hazırlayıblar
25.05.2022 12:05
  • A-
  • A
  • A+

Alimlər gecələr də günəş enerjisi istehsal edən cihaz hazırlayıblar

ABŞ-ın Stenford Universitetinin alimləri hətta gecələr də günəş enerjisi istehsal edən cihaz hazırlayıb.

“Termoelektrik generator” adlandırılan cihazın mahiyyəti ondan ibarətdir ki, o, havadan günəş panelinə gələn istiliyi tutmağa və onu elektrik enerjisinə çevirməyə imkan verir.

Belə ki, panellər istilik bərpa sisteminin köməyi ilə gecə saatlarında 0.05 vatt/m2 (50 millivatt/m2) elektrik enerjisi istehsal edir. Bunun üçün panellərə əlavə olaraq xüsusi bir cihaz quraşdırmaq kifayətdir.

glas.ru

  • Paylaş: