Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK daha bir xarici kitabxana ilə əməkdaşlıq haqqında saziş imzalayıb
26.05.2022 14:12
  • A-
  • A
  • A+

MEK daha bir xarici kitabxana ilə əməkdaşlıq haqqında saziş imzalayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Federal Elmi İnstitutunun İctimai, Elmi, Texniki Kitabxanası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev və sözügedən müəssisənin direktoru İrina Lizunova  imzalayıblar.

Müqavilənin bəndlərinə əsasən hər iki müəssisə mədəniyyət, informasiya və kitabxana texnologiyaları, biliklərin yayılması, eləcə də elmi-tədqiqat sahəsində təcrübə mübadiləsi haqqında razılığa gəliblər.

Qeyd edək ki, MEK beynəlxalq mədəni əlaqələrin inkişafına xüsusi önəm verir.  Kitabxana beynəlxalq çərçivədə onlarla ölkənin bir sıra xarici təşkilatı ilə sıx elmi-mədəni münasibətlər həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: