Türkiyə Elmlər Akademiyası son illərdə aparılmış fundamental tədqiqatlar nəticəsində ərsəyə gəlmiş və “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirilmək üçün ölkəmizə gətirilmiş 100-ə yaxın elmi əsəri AMEA-ya bağışlayıb.
Türkiyə Elmlər Akademiyasına məxsus kitablar AMEA-nın Mərkəzi Elmi Kitabxanasında saxlanılacaq.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər sərgidə AMEA pavilyonu ilə yaxından tanış olmuş, burada təqdim olunan yüksək texnologiya məhsullarını yüksək qiymətləndirmişdir. Həmçinin AMEA-da professor Müzəffər Şəkərlə görüş keçirilmiş və o, Türkiyə Elmlər Akademiyasının “İslamda elm və texnologiya” beşcildiyini AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimova hədiyyə etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.