Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.06.2022 10:41
  • A-
  • A
  • A+

MEK-in Nadir kitablar və qiymətli nəşrlər fondunda dövlətçiliyə aid nəşrlər mühafizə edilir

MEK-in Nadir kitablar və qiymətli nəşrlər fondunda dövlətçiliyə aid nəşrlər mühafizə edilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Nadir kitablar və qiymətli nəşrlər fondunda “Miniatür nəşrlər kolleksiyası” yer alır. Kolleksiyadakı kitablar həm daxil olan sənədlərdən, həm də kitabxananın fondlarından formatına uyğun seçilərək toplanılıb.

Bu miniatür nəşrlər müxtəlif mövzuları əhatə edir və burada Azərbaycan dövlətçiliyinə həsr olunmuş kitablar da mövcuddur.

Nəşrlər sırasında Ümummilli Lider Heydər Əliyevin elm və təhsil, dövlətçilik və azərbaycançılıq, mədəniyyət və incəsənət, ədəbiyyat, tarixin ayrı-ayrı dövrləri haqqında çox dəyərli və qiymətli kəlamları, həmçinin görkəmli şəxsiyyətlərin Ulu Öndər haqqında söylədikləri fikirlərin yer aldığı “Qalib gəldi, qalib getdi” miniatür kitablar toplusu, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş “Naxçıvan Muxtar Respublikası. 90 il”, “Heydər Əliyevin neft strategiyası”, Azərbaycan xüsusi xidmət orqanlarının 85 illiyinə həsr olunmuş “Azərbaycan Xüsusi Xidmətləri. 1918-1920”, “Azərbaycan fəxr edir”, “Dünya azərbaycanlılarının birinci Qurultayı” və digərləri öz əhəmiyyəti ilə seçilir.

Qeyd edək ki, kolleksiyada 700-ə yaxın kitab mühafizə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: