Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

24.06.2022 11:27
  • A-
  • A
  • A+

MEK-də “Heydər Əliyev və ordu quruculuğu” adlı sərgi təşkil edilib

MEK-də “Heydər Əliyev və ordu quruculuğu” adlı sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar “Heydər Əliyev və ordu quruculuğu” adlı sərgi təşkil edilib.

Sərgilənən nəşrlərdə Heydər Əliyevin rəhbərliyi dövründə cəmiyyətin ictimai-siyasi sabitliyinin təmin olunmasında Ulu Öndərin əvəzsiz xidmətləri, 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi öz əksini tapıb. Nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və hərbi təhlükəsizliyinin təmin olunması, Azərbaycanda ordu quruculuğu siyasətinin uğurla həyata keçirilməsi, Ulu Öndərin yaratdığı yeni dövlətçilik ənənələrinin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmərəli fəaliyyəti dərc edilib.

Təqdim edilən nəşrlər sırasında Mehman Süleymanovun “Azərbaycanda Ali Baş Komandanlıq institutunun Heydər Əliyev mərhələsi”, Zəminə Xınalının “Hərbi məktəblərin banisi” kitabı, “Qələmlə, silahla: Azərbaycan Ordusu-100” kitab-albomu, “Heydər Əliyev və Azərbaycanın Daxili İşlər Orqanları”, Elşən Məmmədovun “Dövlət Sərhəd Xidməti. State Border Service”, “Azərbaycan 2013-2003: əsrə bərabər illər. Ordu quruculuğu (təhlükəsizlik və müstəqilliyin zəmanəti)”, Faiq Qarayevin “Azərbaycanın dövlətçilik tarixində qəhrəmanlıq dastanı” monoqrafiyası, “Qarabağ Azərbaycandır! Zəfər epopeyası”, “Şanlı tarix - qəhrəmanlıq salnaməsi” və digərləri var.

Silahlı Qüvvələr Günü ilə əlaqədar MEK-in sərgi salonunda da nəşrlər nümayiş olunur və sərgi iki həftə boyunca davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: