Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yaponiyalı mütəxəssislər Marsda və Ayda bina tikməyi planlaşdırır
07.07.2022 10:04
  • A-
  • A
  • A+

Yaponiyalı mütəxəssislər Marsda və Ayda bina tikməyi planlaşdırır

Yaponiyanın Kioto Universiteti və tikinti şirkəti “Kajima” gələcəkdə Marsda və Ayda insan həyatı üçün uyğun olacaq yaşayış binası tikməyi planlaşdırır.

Bu barədə Yaponiyanın “The Japan Times” qəzeti yazır. Əsas vəzifələrdən biri binanın daxilində Yerin cazibə qüvvəsinin analoqunu yenidən yaratmaqdır. Tədqiqatçılar buna qeyri-adi tikinti formasının köməyilə nail olmaq istəyirlər. Yaşayış evinin öz oxu ətrafında fırlanan tərs konus şəklində inşa edilməsi təklif olunur. Qeyd edilir ki, bu şəkildə yaranan mərkəzdənqaçma qüvvəsi cazibə qüvvəsinin formalaşmasına imkan verəcək.

Layihənin dəyəri açıqlanmasa da, alimlər etiraf edir ki, bu əsrin layihələrindən biri olacaq.

Qeyd edək ki, Marsın cazibə qüvvəsi Yerin 38 faizini, Ay isə altıda bir hissəsini təşkil edir.

publika.az

  • Paylaş: