Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
23.09.2022 17:45
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Laçın rayonuna səfəri, həmçinin “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) və Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahılarına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-da “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfrans, AMEA-nın yeni Nizamnaməsinin layihəsinin müzakirəsi, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının təqdimatı, “Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı”, “Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik”, “Ömür vəfa etsəydi”, “Əməldə yaşayır Vətən sevgisi” sərlövhəli məqalələr, yeni nəşrlər, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: