Alimlər təbiətə atılan plastikin təbii yollarla məhv edilməsinə imkan verəcək kəşf ediblər.
Araşdırmaya görə, təbiətdə əriməsi yüz illərlə davam edən plastik tullantılar mum qurdlarında olan bəzi fermentlər sayəsində bir neçə saat ərzində məhv edilə bilir.
Bir qrup ispan alimi tərəfindən aparılan araşdırmanın sonunda mum qurdlarının plastik tullantıların utilizasiyası üçün həll yolu ola biləcəyi irəli sürülüb. Molekulyar bioloq Federica Bertocchini və onun komandası mum qurdlarında olan bəzi fermentlərin plastiki təbii şəkildə məhv edə biləcəyini aşkar ediblər.
“Nature” jurnalında dərc olunan araşdırma, mum qurdlarının “demetra” və “ceres” adlı iki fermentinin otaq temperaturunda bir neçə saat ərzində plastik məhsulda olan polietileni məhv etdiyi sübut olunub.
Qeyd edək ki, ətraf mühitin çirklənməsində aparıcı rol oynayan plastik tullantılar əsrlər boyu təbiətdə qalır.