Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
28.10.2022 11:12
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Gürcüstanın təhsil və elm nazirini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul etməsi və “İ.Ə.Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında” Sərəncamı yer alıb.

Bundan əlavə, AMEA-nın Ümumi yığıncağı, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyinə həsr olunan beynəlxalq konfrans, “Kitabi-Dədə Qorqud”un urdu dilində nəşrinin təqdimatı, Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası, “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı növbəti toplantı, “Nazim Hikmət – 120” mövzusunda beynəlxalq tədbir, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının onlayn iclası, “Görkəmli alim və ictimai xadim”, “Bioloq alimin 90 yaşı tamam olub” sərlövhəli məqalələr, elan, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: