Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər MRT vasitəsilə fikirlərin oxunması üçün alqoritm hazırlayıblar
31.10.2022 15:18
  • A-
  • A
  • A+

Alimlər MRT vasitəsilə fikirlərin oxunması üçün alqoritm hazırlayıblar

Texas Universitetindən olan alimlər adi MRT-skanerin köməyilə insanın fikirlərini “deşifrə etmək” üsulunu tapıblar.

Yeni tədqiqat işi nitq qabiliyyəti olmayanlar üçün effektiv beyin-kompüter interfeyslərinin yaradılması məqsədilə istifadə edilə bilər.

Bu məqsədlə beyinin MRT-skan edilməsi zamanı insanın eşitdiyi və ya düşündüyü sözləri  “oxumaq” üçün “dekoder” - alqoritm yaradılıb. MRT beyin vasitəsilə qanın oksigenlə dolması axınını izləyir. Alimlərin sözlərinə görə, belə yanaşma ayrı-ayrı neyronların fəallığının ölçülməsi üsulundan daha asandır.

Yeni tədqiqatda komanda 16 saat ərzində podkast və radio reportajlara qulaq asan 20-30 yaş arasında olan bir qadın və iki kişinin beyninin MRT-qeydlərinin köməyi ilə alqoritmi öyrəniblər.

Nəticədə alqoritm sınağın iştirakçılarının eşitdiyi qeydləri müvəffəqiyyətlə canlandırmağa nail olub.

techinsider.ru

  • Paylaş: