Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər Venera və Yer kürəsi arasında oxşarlıq aşkar ediblər
05.01.2023 16:10
  • A-
  • A
  • A+

Alimlər Venera və Yer kürəsi arasında oxşarlıq aşkar ediblər

Uzun müddətdir alimlər güman edirdilər ki, Veneranın litosferinin qalınlığı tektonik lövhələrin hərəkətini dəstəkləmək üçün çox böyükdür. Lakin indi Kaliforniya tədqiqatçıları aşkar ediblər ki, Venera tektonik planda Yer kürəsindən çox fərqlənmir.

Venera yer qrupu planetlərinə aiddir və Mars və ya Merkuri ilə müqayisədə, bizim planetimizə oxşardır. Əsas oxşarlıq ondan ibarətdir ki, Yer kürəsi və Venera kosmosa istilik enerjisi saçırlar, deməli, onun nüvəsi tektonik lövhələrin aktiv hərəkətini dəstəkləyə bilmək üçün hələ kifayət qədər istidir.

Kaliforniyada yerləşən Reaktiv Hərəkət Laboratoriyasından olan astronomlar müəyyən ediblər ki, bu cəhətdən iki qonşu planet bir-birindən fərqlənmir.

Alimlər bu nəticəyə “Magellan” planetlərarası stansiyası tərəfindən 1990-cı illərdə toplanmış məlumatları analiz edərək və litosferanın qalınlığını hesablayıb, geoloji və vulkanik fəallıq nəticəsində yaranmış səthlərin daxilində əyriliyi ölçərək gəliblər.

Astronomlar hesablayıblar ki, saçılan istiliyin miqdarına görə, Venera Yer kürəsindən orta hesabla daha aktiv tektonikdir və o, hazırda geoloji inkişafın erkən mərhələsindədir.

Tədqiqatın nəticələri “Nature Geoscience” jurnalında dərc edilib.

naked-science.ru

  • Paylaş: