Alimlər uzun müddətdir baş və onurğa beynini üç membranın əhatə etdiyini bildirirlər. Ancaq neyrofizioloqlar bu yaxınlarda daha biri membranın olduğunu müəyyən ediblər. Bu təbəqə bel mayesinin filtrasiyasında iştirak edir və immun hüceyrələrinin toplanması üçün “depo” rolunu oynayır. Onun zədələnməsi isə mərkəzi sinir sistemi xəstəliklərinin inkişafına gətirib çıxara bilər.
Bu barədə Kopenhagen Universitetinin professoru Kellya Myolqardın rəhbərliyi altında Böyük Britaniyadan və Danimarkadan olan alimlərin “Science” jurnalında dərc edilmiş məqaləsində məlumat verilir.
Alimlər yeni təbəqəni “subaraxnoidal limfayabənzər membran” (SLYM, Subarachnoidal LYmphatic-like Membrane) adlandırıblar.
Əsas tədqiqatlar siçanlar üzərində aparılsa da, bu membranın mövcudluğunun təsdiqi insanlar üzərində olub.
SLYM bir çox daxili orqanları əhatə edən təbəqəyə bənzər membrandır. O, bir neçə hüceyrə qalınlığı qədər nazik və sıxdır. Bu membran hətta xırda molekulları belə filtrasiya etməyə imkan verir və beyini kənar maddələrdən yuyaraq “təmiz” bel mayesini ayırır.