Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Alim və mütəxəssislər üçün “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
04.02.2023 08:54
  • A-
  • A
  • A+

Alim və mütəxəssislər üçün “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək

Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AK-nın “Horizon Avropa” Proqramı üzrə Məlumat Gününün keçirilməsi nəzərdə tutulub. Tədbirin proqramına AK-nın ekspertləri tərəfindən “Horizon Avropa” Proqramının imkanları, Mariya Sklodovska-Küri Fəaliyyəti, Avropa Tədqiqat Mərkəzi, İqlim və enerji klasteri və tibb istiqaməti üzrə təqdimatlar daxil edilib.

Tədbir 6 fevral 2023-cü il tarixində saat 10:00-14:00-da onlayn formatda keçiriləcək və Azərbaycanın bütün təşkilatlarının alim və mütəxəssisləri iştirak edə bilər.

Onlayn tədbirə bu link vasitəsilə (identifikator: 287 697 8659, kod: 12345) qoşula və proqramla buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: