Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.02.2023 09:22
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

11 fevral saat 19:50-də 3217 oblastında X 1.16 sinifli alışma baş vermişdir. Sutkalıq maksimum fevralın 12-si saat 12:48 də 3217 oblastında baş vermiş M3.18 sinifli alışma olmuşdur. Günəşin səthində 12 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 197-dir. Alışmalara bağlı olaraq radiosiqnalların ötürülməsində R2-R3 sinifli kəsilmələr baş vermişdir. Hesabat dövrü ərzində Yerə doğru yönəlmiş CME (Coronal Mass Ejections - Tac Maddə Atılmaları) qeydə alınmamışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalmışdır.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş küləyinin parametrləri normal səviyyədə olmuşdur. Günəş küləyinin sürəti 376.3 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 1.98 nT, radial istiqamətdə isə -1.81 nT olmuşdur.

Geomaqnit sahə, 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olmuşdur. Hal-hazırda sakitdir.  (< 1Kp).

Kosmik hava proqnozu - Proqnoz günlərində (13 - 15 fevral) Günəş fəallığının aktiv olacağı gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 75%, X sinif isə 23% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya gözlənilən alışmlar səbəbi ilə pik səviyyə arasında dəyişəcəyi gözlənilir. Enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 18% təşkil edir.

Proqnoz dövründə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Birbaşa Yerə yönəlməsə belə çox yaxınlıqdan keçən CME-lər səbəbilə maqnit sahəsinin bir qədər aktivləşəcəyi gözlənilir (4Kp). G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

R1-R2 sinif radiosiqnalların kəsilmə ehtimalı 73%, R3 sinif isə 22% təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: