Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.02.2023 16:54
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövründə Günəş fəallığı bir qədər artmışdır. Son 3 sutka ərzində maksimum alışma M 6.35 olmuşdur. Günəşin səthində 6 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 120-dir. 25 CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınmışdır. 25 fevral saat 23:48-də baş vermiş M sinifli alışma ilə bağlı olaraq Yerə doğru yönəlmiş Tac Kütlə Atılmaları qeyd olunmuşdur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli (141 pfu), həmçinin 3229 oblastında baş vermiş M sinifli alışma səbəbilə 10 MeV-dən çox enerjili proton seli də pik səviyyədə olmuşdur (S1 səviyyəli qasırğa). Enerjisi 100 MeV-dan çox olan proton seli isə fon səviyyəsində qalmışdır.

Hesabat dövründə Günəş küləyinin sürəti artaraq Yer orbitində 700 km/san-yə çatmışdır. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 21 nT, radial istiqamətdə isə azalaraq -18 nT olmuşdur.

Fevralın 26-sı axşamdan başlayaraq geomaqnit sahə aktivləşərək G3 səviyyəli maqnit qasırğasına qədər yüksəlmişdir. Hal-hazırda maqnit qasırğası hələ də davam etməkdədir (7Kp).

Alışmalara bağlı olaraq radiosiqnalların ötürülməsində R2 səviyyəli kəsilmə olmuşdur.

Kosmik hava proqnozu – Proqnoz günlərində (27 fevral - 1 mart) M sinif alışma ehtimalı 65%, X sinif 15% gözlənilir. Radiosiqnalların ötürülməsində 65% R1-R2 səviyyəli, 15% R3 səviyyəli kəsilmələrin olması proqnozlaşdırılır.

Enerjisi 2 MeV olan proton selinin 27-28 fevralda Günəş küləyinin paylanması səbəbi ilə normal və həyəcanlaşmış səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin 27 fevrala kimi pik səviyyədə qalacağı, 24-25 fevralda baş vermiş CME və mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə 01 martda yüksək enerjili zərrəciklər selinin yenidən aktivləşəcəyi gözlənilir (S1~60%).

24-25 fevralda baş vermiş CME və mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin təsiri ilə Günəş küləyinin sürətinin yenidən artacağı gözlənilir.

Maqnit qasırğasının 28 fevralda da G2 səviyyəsinə düşəcəyi, 1 martda isə daha sakit kosmik hava proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: