Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Elm Fondu gənc alim və tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edib
03.03.2023 15:38
  • A-
  • A
  • A+

Azərbaycan Elm Fondu gənc alim və tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edib

Azərbaycan Elm Fondu (AEF) gənc alim və tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edir.

Bütün elm sahələri üzrə gənc tədqiqatçıların müraciət etməsi imkanlarının təqdim olunduğu bu müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada - “Qrant layihələrinin elektron idarə olunması sistemi” (e-QRANT) ilə martın 6-dan aprelin 28-dək aparılacaq.

Elektron-hökumət prinsipləri əsasında qurulmuş bu sistem “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: