Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yaz fəsli Azərbaycana martın 21-i saat 01:24-də daxil olacaq
06.03.2023 12:12
  • A-
  • A
  • A+

Yaz fəsli Azərbaycana martın 21-i saat 01:24-də daxil olacaq

2023-cü ildə yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olacaq.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, həmin vaxt gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan şimal yarımkürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Qeyd edək ki, şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 18:57-də bahar əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san.  olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: