Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.03.2023 16:24
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu - Hesabat dövründə Günəşin fəallığı zəifləmişdir, maksimum alışma C 7.1 sinifli alışma olmuşdur. Hal-hazırda Günəşin səthində 11 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 126-dır. Martın 12-də cənub-qərb hissədə (South 45 - West 73) protuberans alışması nəticəsində atılan CME-nin (Caronal Mass Ejections – Tac Kütlə Atılmaları) martın 15-də Yerə təsiri gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron selinin pik həddi martın 10-u qeydə alınmışdır (1943 pfu). 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyinin sürəti normallaşaraq 432 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 9 nT, radial istiqamətdə isə -7 nT olmuşdur.

Geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olmuşdur. Hal-hazırda isə Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahə sakitdir.

Kosmik hava proqnozu - Proqnoz həftəsində (13-19 mart) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 90%, M sinif 10%, X sinif isə 1%  təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürəti martın 14-də CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə artacağı gözlənilir.

Proqnoz dövrü ərzində geomaqnit sahənin sakit-aktiv səviyyələrdə olacağı, 14 martda isə digər müsbət qütblü CH HSS səbəbilə bir qədər aktivləşəcəyi proqnozlaşdırılır. Martın 15-də  G1 səviyyəli geomaqnit qasırğası gözlənilir. Ayın 15-dən 19-dək isə geomaqnit sahənin sakit və stabil qalacağı proqnoz edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: