Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm və həyat” jurnalının cari ildə ilk sayı işıq üzü görüb
04.04.2023 16:28
  • A-
  • A
  • A+

“Elm və həyat” jurnalının cari ildə ilk sayı işıq üzü görüb

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2023-cü ildə ilk sayı nəşr olunub.

Yeni sayda professor Kərim Şükürovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, professor Şahin Fazilin “Tarixi bir siyahıyaalmanın Müfəssəl Dəftəri haqqında”, dosent Zenfira Qədimovanın “Orqanizmin qocalması haqqında müasir təsəvvürlər”, AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun “Nüvə enerjisi potensialı, ondan istifadənin üstün və mənfi cəhətləri”, SOCAR-ın böyük mühəndisi Cabbar Məmmədovun “Zəlzələ və onun proqnozlaşdırılması üsulları”, filologiya elmləri doktoru İslam Sadıq və tarix üzrə fəlsəfə doktoru Pərinaz Sadıqlının “Qarabağ camaatının İrəvan dağlarındakı yaylaqları”, “Elm və həyat” jurnalının məsul katibi Sərvan Kərimovun “Bir kəndin soyqırımı tarixi və ya şəhid məzarlığı qan yaddaşımızda”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovanın “İki min ildən artıq eyni ərazidə sülh və əminəmanlıq şəraitində”, dosentlər Ələddin Eyvazov və Elşad Əhmədovun “Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin yeni siyahısı” sərlövhəli və s. məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: