Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiada keçiriləcək
05.04.2023 13:44
  • A-
  • A
  • A+

AMEA-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiada keçiriləcək

Aprel ayında AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadanın keçirilməsi nəzərdə tutulub. Yarışlar idmanın 3 növü üzrə - futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) keçiriləcək. Həmin yarışlarda iştirak edəcək komandaların üzvləri haqqında 10 aprel 2023-cü ilə qədər aşağıdakı məlumatlar təqdim olunmalıdır.

Bu siyahı müvafıq institutuların rəhbər vəzifəli şəxsləri və Həmkarlar İttifaqı Komitəsinin sədrləri tərəfındən təsdiq edilməlidir. Yarışda iştirak edəcək hər bir əməkdaş 3x4 sm ölçüdə 1 foto şəkil, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, işlədiyi təşkilata aid olan vəsiqənin surəti müvafiq sənədlərlə birlikdə təqdim olunmalıdır. Şahmat və stolüstü tennis yarışları üzrə (qadın kişi) hər bir institut 2 namizəd təqdim edə bilər. Futbol komandasının tərkibi 10 nəfərdən ibarət olmalıdır.

Stolüstü tennis və şahmat yarışlarında iştirak edənlərin sənədləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun Həmkarlar Komitəsinin (HK) sədri Sitarə Bağırovaya (230-cu otaq, telefon: (+994 12) 539 57 63, (+994 50) 668 63 37), futbol yarışında iştirak edənlərin sənədləri isə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevə (telefon: (+994 50) 450 50 64) təqdim olunmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: