Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

COST Fəaliyyəti çərçivəsində elmi məlumatların geniş auditoriyaya çatdırılması məqsədilə ikinci video material hazırlanıb
01.06.2023 11:40
  • A-
  • A
  • A+

COST Fəaliyyəti çərçivəsində elmi məlumatların geniş auditoriyaya çatdırılması məqsədilə ikinci video material hazırlanıb

Avropa Komissiyasının COST Fəaliyyəti üzrə layihələr çərçivəsində geniş tərkibli konsorsiumlar Avropanın üzv ölkələri, assosiativ ölkələr və Şərq Tərəfdaşlığı ölkələri ilə yanaşı, digər Qərb və Şərq ölkələri, Avstraliya və və Afrikanın da müvafiq qurumların alim və mütəxəssislərinin birgə fəaliyyəti üçün imkanlar yaradır. Azərbaycanlı alim və mütəxəssislərinin bu proqram çərçivəsində fəallığında mütəmadi artım müşahidə edilir və hazırda onların iştirakı ilə 30-a yaxın layihə həyata keçirilir. 

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva 2021-ci ildən COST Fəaliyyəti çərçivəsində “Bitkilərdə mikroelement metabolizmi” mövzusunda layihənin iştirakçısıdır. Layihənin iş paketlərindən biri elmi məlumatların geniş auditoriyaya çatdırılması məqsədi daşıyır və bu istiqamətdə İşçi Qrup tərəfindən ikinci video material hazırlanıb. E.Əlirzayevanın həmmüəllif olduğu bu materialda bitkilərdə mikroelementlərin metabolizmi üzrə elmi tədqiqatların əhəmiyyəti, elementlərin təyini və analizi üçün istifadə edilən müasir metodlar və əldə edilən nəticələr haqqında məlumat verilir.

Video materialla buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, layihədə 40-dan çox ölkədən 100-dən çox elm və təhsil müəssisəsinin, həmçinin müvafiq şirkətlərin nümayəndəsi iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: