Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.07.2023 14:13
  • A-
  • A
  • A+

Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının iclası keçirilib

Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

İclasda tibb üzrə 11 və aqrar elmlər üzrə 1 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Tibb işçi qrupunun üzvü, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva tibb üzrə, Problem şurasının sədr müavini, aqrar elmləri doktoru Mustafa Mustafayev isə aqrar elmlər üzrə dissertasiya mövzularını təqdim ediblər. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 11 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 1 iş yenidən müzakirə üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: