Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

25.09.2023 14:49
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. Xüsusilə 3435 regionunda fəallıq artaraq iki M8.23 və M8.72 (R2) sinifli alışma baş vermişdir. Alışmalar nəticəsində II və IV tip radioemissiya, həmçinin Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 10 ləkə qrupu, 172 ləkə və Tac dəlikləri müşahidə olunur.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə (maks: 2923 pfu) olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 18 və 25 sentyabr tarixlərində 1-2 pfu-ya kimi yüksəlmişdir.

Hesabat dövründə Günəş küləyi sürətini saxlamışdır və maksimal sürət 698 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 27 nT, radial istiqamətdə isə -27 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 490 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 26 nT, radial istiqamətdə isə  25 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit qasırğası 19 sentyabrda da davam edərək G3 səviyyəsinə kimi yüksəlmişdir. 24 sentyabr axşam saatlarından isə 22 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yenidən geomaqnit qasırğası  (G2) başlayıb.

Kosmik hava proqnozu – proqnoz günlərində (25 sentyabr - 2 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə  S1  səviyyəsinə kimi yüksələcəyi proqnozlaşdırılır.

Günəş küləyi sürətinin 27 sentyabrda normala dönəcəyi gözlənilir.

24 sentyabrdan başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsindəki fəallığın 27 sentyabra kimi davam edəcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: