Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İlin son Ay tutulması olacaq
27.10.2023 16:21
  • A-
  • A
  • A+

İlin son Ay tutulması olacaq

Oktyabrın 28-də 2023-cü ilin son Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma qismən Ay tutulması olacaq.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tutulma saat 22:01-də başlayacaq, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.

Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: