Veb-sayt | www.shura.ict.az | |
Ünvan | AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30 | |
Tel. | (+994 12) 4925945 | |
Faks | (+994 12) 4926670 | |
Elektron poçtu | coordination@science.az | |
Sədr | Ramiz Ənvər oğlu Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik | |
Şuranın sədr müavini | Dilqəm Bəbir oğlu Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik | |
Şuranın məsul katibi | Adil Abdulxalıq oğlu Qəribov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik | |
Şuranın üzvləri |
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Arif Paşayev - Milli Aviasiya Akademiyasının rektoru, akademik Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik Fuad Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik Rəfail Mirzəyev - Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rahim Əliyev - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Rauf Hacıyev - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru Sevinc Həsənova - Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Firudin Qurbanov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Elçin Zeynalov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru Elmir Vəlizadə - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Rövşən Əhmədov - Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri İqbal Babayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru Heydər Piriyev - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Ceyhun Salmanov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Balarəhim Quliyev - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Rövşən Rüstəmov - “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini |
|
Yaranma tarixi | 20 fevral 2018-ci il | |
Əsas fəaliyyət istiqamətləri |
- ölkədə təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində fundamental və tətbiqi tədqiqatların istiqamətlərinin və əsas problemlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə tədqiqatların həyata keçirilməsinə nəzarət edilməsi; - elmi müəssisə və təşkilatların təklifləri əsasında elmi tədqiqat işlərinin cari və uzunmüddətli planlarının hazırlanmasının təşkil edilməsi; - mühüm elmi-texniki problemlərin həlli, elm və texnikanın nailiyyətlərinin geniş tətbiq edilməsi üçün vacib işlərin planlarının və kompleks tədbirlərin hazırlanması və onların təsdiq edilməsi; - elmi tədqiqat işlərinin icra vəziyyətinin təhlili və tədqiqatların elm sahələri və problemlər üzrə inkişafının üstün istiqamətlərinin müəyyən edilməsi; - əsas istiqamətlər və problemlər üzrə elmi tədqiqatların yerinə yetirilməsi və onların inkişafı ilə bağlı məsələlərin müzakirəsi; - elmi işlərin planlaşdırılması və əlaqələndirilməsi sahəsində dünya təcrübəsinin öyrənilməsi və tətbiqi; - elmi istiqamətlərə və həmin istiqamətlərə aid elmi problemlər üzrə elmi şuraların fəaliyyətinə elmi-metodiki rəhbərliyin həyata keçirilməsi; - elmi tədqiqatların maliyyə və maddi-texniki təminatının mənbələrinin və vasitələrinin müəyyən edilməsi. Şura elmi tədqiqat işlərinin əlaqələndirilməsinə, ayrı-ayrı elmi problemlərə, həmçinin elmi tədqiqat işlərinin yerinə yetirilməsinin yekun nəticələrinə və onların tətbiqinə həsr olunmuş simpoziumların, konfransların, seminarların və sessiyaların keçirilməsini təşkil edir. |