Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Şəki REM-in fəlsəfə doktorları

Şükürlü Yusif Hacıbala oğlu
Anadan olduğu yer Azərbaycan Respublikası, Şəki r., Baş Şabalıd kəndi 
Təvəllüdü 27.10.1948
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi
Elmi dərəcəsi Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Elmi rütbəsi Dosent
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

2206.01

Molekulyar fizika

Fibrionin molekul və ifrat-molekul quruluşuna selenin təsiri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

83 məqalə,2 monoqrafiya,2 bədii kitab

 

10

 

3

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

9 şəhadətnamə və 5 patent

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri AMEA Rəyasət Heyətinin 16 oktyabr 2014-cü il tarixli qərarı ilə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Hacıbala oğlu Şükürlü AMEA Şəki Regional Elmi Mərkəzinin  direktoru vəzifəsinə təyin edilib. O, 1975-ci ildə istehsalatdan ayrılmamaqla, Azərbaycan SSR EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuş və Səki Regional Elmi mərkəzinə - laborant vəzifəsinə  qəbul olunmuşdur. 1976-cı ilin oktyabrından kiçik elmi işçi seçilmiş, Akademiyanin Rəyasət Heyətinin qərarı ilə 1977-ci ilin sentyabrında Azərbaycan MEA-nın Radiasiya Problemləri Institutuna köçürülmüş, 1987-ci ilə qədər orada kiçik elmi işçi vəzifəsində çalışmış, 1987–90-cı illərdə baş elmi işçi vəzifəsinə seçilmişdir. 1990-cı ildən – AMEA Şəki Regional Elmi Mərkəzi sərbəstlik statusu alan vaxtdan hal-hazıradək “Biofizika” laboratoriyasına (indiki “Biofizika” şöbəsinə) rəhbərlik edir.Şükürlü ixtiralarına görə 9 Şəhadətnamə və 5 patentin müəllifidir, 8 məqalə hüququnda depona olunmuş əlyazması, 11 elmi konfrans və simpozium materiallarında dərc olunmuş tezisləri, elmi jurnallarda çap olunmuş 83 məqaləsi, 2 monoqrafiyası və 2 bədii kitabın müəllifidir. Hal-hazırda onun “Ümumi fizika kursu” ı dərs vəsaiti çap olunması üçün nəşriyyata təqdim olunmuşdur. Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Y.H.Şükürlü yüksək səviyyəli pedaqoq və mühazirəçi, yetkin alim və istedadlı təşkilatçıdır. Onun təşəbbüsü və iştirakı ilə ŞREM-in “Biofizika” şöbəsi yaradılmış, AMİ-nin Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında fizika praktikumu laboratoriyası təşkil və təchiz olunmuş və hal-hazırda fəaliyyət göstərir. O, uzun müddət AMİ-nin Şəki filialında “Təbiət elmləri və tədrisi metodikası” kafedrasına rəhbərlik etmişdir.
Elmi əsərlərinin adları
  1. Совместное действия УФ-облучения и селена на деформационно-прочностные свойства натурального шелка.  Шелк, 1981, № 4, стр. 27-28.
  2. Влияние гамма-облучения на деформационно-прочносные свойства шелка. Шелк, 1984, № 1, стр. 28-29.
  3. Способ изготовления нагружающего устройства при длительных исследованиях. Заводская лаборатория, 1985,  т. 51(9), с. 72-73.
  4. Установка для снятия кривых деформации материалов. Шелк, 1984, № 2,стр. 25-26.
  5. Влияние постоянного магнитного поля на цитогенетический механизм тутового шелкопряда. Azərbaycan respub. “Təhsil” cəm-nin “Bilgi” jur-lı, fiz.-riy., və yer elmləri seriyası, 2001, No 2.
  6. Использование солнечной энергии для термомеханического разложения твердого топлива в присутст-вии сточных сери-циносодержащих вод. AMEA Fİ,Energetikanın problemləri, 2010, No 2, səh. 88-97
  7. Fibroin lifin daxilinə fizetin molekullarının diffuziyasının birinci və ikinci mərhələsi. AMEA Xəbərlər, Fiz.-riy. və texn. elm. seriyası, fiz. və astro., 2010, No 5, səh. 169-175
  8. Рационального использование рубца – субпродукта II категории. РосАСН, Отд. хран. и перераб. сельхоз. продукции, журнал Хранение и пере-работка сельхозсыря, 2010, № 4, стр. 45-49
  9. Fİbroİn  lifin  daxilinə  fizetin  molekullarının diffuziyasının üçüncü mərhələsi .AMEA Xəbərlər, Fiz.-riy. və texn. elm. seriyası, fiz. və astro., 2011, No 2, səh. 169-173
  10. Yunun antosianlarla rənglənməsinin optimal müddətinin təyini. AMEA Gəncə REM-in “Xəbərlər” məcmuəsi, 2012, № 46, səh.74-77
 
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti ADPU  Şəki filialının dosenti 
Digər fəaliyyəti  1990-cı ildən – AMEA Şəki Regional Elmi Mərkəzi sərbəstlik statusu alan vaxtdan hal-hazıradək “Biofizika” laboratoriyasına (indiki “Biofizika” şöbəsinə) rəhbərlik edir.
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı AMEA Şəki Regional Elmi Mərkəzi, Azərbaycan Respublikası, Şəki ş., L.Abdullayev küç., 24.
Vəzifəsi Direktor
Xidməti tel. (+994 24) 2461712 
Mobil tel. (+994 50) 6556868
Ev tel.  
Faks  
Elektron poçtu y.shukurlu@shrem.science.az