Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən cari ilin may-iyun aylarında AMEA-da “Magistr-2017” müsabiqəsi keçiriləcək. Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.
Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:
I yer – 1500 manat;
II yer – 1000 manat;
III yer – 500 manat.
Qeyd edək ki, sənəd qəbulu müsabiqənin başlaması və şərtləri haqqında elan dərc edildikdən sonra həyata keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.