Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
11.01.2022 12:15
  • A-
  • A
  • A+

Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

14 iyun 2022-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dövlət xadimi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın bölmələri:

- Xurşidbanu Natəvanın mühiti, həyatı, ədəbi-mədəni irsi;

- Azərbaycanda və Yaxın Orta Şərqdə ədəbi və musiqili məclislər ənənəsi;

- Qarabağın ədəbi-mədəni irsi bölgədə və Azərbaycan ətrafında cərəyan edən tarixi ictimai-siyasi proseslərin kulturoloji salnaməsi kimi;

- Tarixi məzmunlu “Qarabağnamə”lər və ədəbi abidələrdəki Qarabağ həqiqətləri;

- Yaxın və Orta Şərq ədəbi-mədəni mühiti və tarixi-siyasi proseslərdə yaradıcı və ictimai fəal qadınların yeri;

- Milli dövlətçilik ənənələri kontekstində Azərbaycan xanlıqları və Qarabağ xanlığı.

Məqalənin tərtib olunma qaydaları:

- Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməli;

- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 5-7 səhifə olmalı;

- Məqalə Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalı;

- Mətnin səhifə parametrləri sağ tərəf -1 sm, sol tərəf - 3 sm, aşağı və yuxarı hissələr - 2 sm olmalı;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməli;

- Məqalənin mətni Azərbaycan dilində yazılarsa ingilis dilində xülasə, ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə, rus, fars, ərəb dillərində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə verilməli;

- Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməli;

- Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, Ali Attestasiya Komissiyasının tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməli (məs: [5, s.12]);

- Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir. Xülasələr 100-150 sözdən ibarət olmalıdır.

Məqalələrin qəbul olunması üçün son tarix 15 aprel 2022-ci ildir. Təşkilat Komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 492 72 86

E-mail: nizamimuzeyikonfrans@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: