Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

ATV kanalında YT Parkda istehsal ediləcək LED lampa üçün diod və mikrosxemlər barədə videosüjet yayımlanıb
14.01.2022 17:25
  • A-
  • A
  • A+

ATV kanalında YT Parkda istehsal ediləcək LED lampa üçün diod və mikrosxemlər barədə videosüjet yayımlanıb

“ATV səhər” proqramının yanvarın 13-də yayımlanan buraxılışında AMEA Yüksək Texnologiyalar Parkının yeni rezidenti “BEYT” MMC tərəfindən istehsal ediləcək LED lampa üçün diod və mikrosxemlər barədə videosüjet təqdim olunub.

Süjetdə bildirilir ki, Azərbaycanda indiyədək LED lampaların istehsalı qurulsa da, diod və mikrosxemlər əsasən xarici ölkələrdən idxal olunurdu. “BEYT” MMC-nin layihəsinin həyata keçirilməsi ilə sənaye və məişətdə geniş istifadə olunan LED lampaların istehsalı daha da artacaq.

Videosüjetdə “BEYT” MMC-nin icraçı direktoru Emil Əhmədov istehsal ediləcək LED lampa üçün diod və mikrosxemlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, yerli istehsalın artması ilə bu məhsulların ixracının təşkili də mümkündür. İcraçı direktor böyük ixrac potensialına malik bu məhsullun ixracı üçün artıq bir neçə beynəlxalq şirkətlə danışıqlar aparıldığını vurğulayıb.

Həmin videosüjeti buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: