Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.01.2022 10:59
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkının infrastrukturu yenilənir

AMEA-nın Yüksək Texnologiyalar Parkının infrastrukturu yenilənir

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) təsdiq edilmiş baş planı mövcud maddi-texniki bazanın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Layihənin icrası texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, yüksəkkeyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və rəqabətədavamlı ixrac potensialının gücləndirilməsinə xidmət edir.

Bu yaxınlarda texnoparkın baş planı əsasında 600 metr uzunluğunda yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılıb. Yenidənqurma tədbirləri YT Parkın yeni su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması işlərinə dair kotirovka sorğusu əsasında müəyyən edilmiş icraçı tərəfindən həyata keçirilir.

Artıq 10 gündür davam edən quraşdırılma işlərinin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: