Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.02.2022 16:49
  • A-
  • A
  • A+

AMEA-nın magistraturasında qış imtahan sessiyası başa çatıb

AMEA-nın magistraturasında qış imtahan sessiyası başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin 21 dekabr 2021-ci il tarixli sərəncamına uyğun olaraq 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası müvəffəqiyyətlə başa çatıb.

Müəyyən olunmuş qrafikə əsasən imtahanlar 5 yanvar 2022-ci il tarixindən 2 fevral 2022-ci il tarixinədək AMEA-nın magistratura təhsilini həyata keçirən 23 elmi müəssisəsində ənənəvi qaydada təşkil edilib. İmtahanların obyektiv, şəffaf keçirilməsi üçün AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun əməkdaşları da müşahidəçi qismində iştirak ediblər.

Qeyd edək ki, magistrantlar fevral ayının 15-dək qış tətilində olacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: