Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.04.2022 17:32
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Seysmoloji Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.

Tədbirdə şura sədri Afaq Ağazadə əvvəlcə RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən görülən işlər haqqında məlumat verib. 2022-ci ildə AMEA-nın doktorantura və dissertantura pilləsinə keçiriləcək qəbul prosesi, eləcə də, xarici ölkələrin universitetlərində olan təqaüd proqramlarında iştirakla bağlı əməkdaşlar məlumatlandırılıb.

Müzakirələr zamanı RSXM-də çalışan gənc alim və mütəxəssislərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu illiyinə həsr olunmuş Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfransına hazırlığı, eləcə də, RSXM-nin Seysmologiya futbol komandasının institutlararası VII futbol çempionatında iştirakı məsələlərinə də toxunulub.

İclasda mərkəzdə keçiriləcək təcrübə proqramında gənc alim və mütəxəssislərin iştirakına dair məlumatlandırılma aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: