Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2022 16:03
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar üçün laboratoriya seminarları keçirilir

Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar üçün laboratoriya seminarları keçirilir

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda çalışan gənc tədqiqatçılar, o cümlədən doktorant, dissertant və magistrantların marifləndirilməsi, onların bu tədqiqat müəssisəsinin elmi fəaliyyət istiqamətinə uyğun olaraq baza biliklərinə sahiblənməsi üçün laboratoriya seminarlarına start verilib.

Bu məqsədlə təşkil olunan ilk tədbirdə institutun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev tərəfindən “Müxtəlif məqsədlər üçün istifadə olunan aktiv üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiqi sahələrinin müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. O, əvvəlcə təmsil olunduğu institutun əsas elmi fəaliyyət istiqamətləri, əldə olunan fundamental və tətbiqyönlü nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Sonra müştərək beynəlxalq tədqiqatlar çərçivəsində Türkiyənin Atatürk, Orta Doğu Texnik, İstanbul Texnik və Bartin Universitetiləri, eyni zamanda Amerika, Portuqaliya, İtaliya, Rusiya, Belarusun aparıcı elm mərkəzləri ilə həyata keçirilən müştərək elmi tədqiqatlar və əldə olunan mühüm nəticələr və nüfuzlu jurnallarda çap olunan elmi əsərlər haqqında seminar iştirakçılarını məlumatlandırıb.

Sonra müxtəlif suallar ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: