Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qəmər bəyim Şeyda arxivinin təsviri” adlı kitab işıq üzü görüb
04.05.2022 12:36
  • A-
  • A
  • A+

“Qəmər bəyim Şeyda arxivinin təsviri” adlı kitab işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Nərgiz Mustafazadənin tərtib etdiyi “Qəmər bəyim Şeyda arxivinin təsviri” adlı kitab çapdan çıxıb.

Kitabda XIX əsr Azərbaycan şairəsi, dramaturq Qəmər bəyim Şeydanın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan, 42 saxlama vahidindən ibarət şəxsi arxivində mühafizə olunan həyat və fəaliyyətini əks etdirən materiallar: bədii əsərlər, məqalə, xatirə, sənəd, məktub və fotolarının müfəssəl təsviri yer alır.

“Şuşa ili”nə və Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan yeni nəşrin redaktoru Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədova, rəyçisi həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır.

Qeyd edək ki, Xurşidbanu Natəvanın təsiri ilə əsərlər yazan Qəmər bəyim Şeyda Şuşa ədəbi mühitinin yetirməsi, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qız nəvəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: