Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.04.2023 17:28
  • A-
  • A
  • A+

Fizika İnstitutunun gənc alimi Fransada elmi ezamiyyətdə olub

Fizika İnstitutunun gənc alimi Fransada elmi ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı, Azərbaycan-Fransız Universitetinin müəllimi, fizika üzrə fəlsəfə doktoru, “İlin gənc alimi” seçilmiş Behbud İbrahimov Fransanın Strasburq Universitetində elmi ezamiyyətdə olub.

Bir ay davam etmiş ezamiyyət çərçivəsində gənc alim Strasburq Universitetinin professoru Phillipe Turekin rəhbərlik etdiyi Pomam laboratoriyasında aşağı ölçülü sistemlərin bəzi  xassələrinin öyrənilməsi məqsədi ilə elmi-tədqiqat işi aparıb, aldığı elmi nəticələri həmkarları ilə müzakirə edib.

B.İbrahimov ezamiyyət müddətində universitetin bir neçə laboratoriyası ilə tanış olub, müxtəlif cihazların işləmə prinsipi haqqında məlumatlar əldə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: