Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Riyaziyyatçı alimlərin çap etdirdikləri məqalələr Neural Networks və Neural Computation jurnallarında yüksək qiymətləndirilib
22.12.2023 14:02
  • A-
  • A
  • A+

Riyaziyyatçı alimlərin çap etdirdikləri məqalələr Neural Networks və Neural Computation jurnallarında yüksək qiymətləndirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri professoru Vüqar İsmayılov və Funksional analiz şöbəsinin aparıcı elmi işçisi f.-r.e.ü.f.d. Namiq Quliyevin 2018-ci ildə Neural Networks və 2016-cı ildə Neural Computation jurnallarında çap etdirdikləri birgə məqalələr yüksək qiymətləndirilib.

Amerikanın Memfis Universitetinin professoru George Anastassiou öz “Approximation of  Brownian Motion on Simple Graphs, Mathematics 2023, 11(20), 4329” məqaləsində Vüqar İsmayılov və Namiq Quliyevin Neural Networks jurnalındakı məqaləsini ötən əsrin məşhur klassik məqalələri ilə yanaşı, “seminal work” (əsas, başlıca iş) adlandırıb. Amerikanın Texas Universitetinin professoru Tan Bui-Thanh isə Oxford Universiteti nəşriyyatında çap edilən “A unified and constructive framework for the universality of neural networks” işində Vüqar İsmayılov və Namiq Quliyevin Neural Computation jurnalındakı məqaləsinin əsas nəticəsini “striking result” (heyrətamiz nəticə) adlandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: