Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Mərkəzi Elmi Kitabxana könüllülər üçün yeni qəbul elan edib
16.09.2025 11:26
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana könüllülər üçün yeni qəbul elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) gənclər üçün könüllü qəbulunu elan edib.

Kitabxana işi sahəsində praktiki bacarıqlar qazanmaq, sosial və peşəkar vərdişlər əldə etmək istəyən 18-35 yaş arası gənclər “MEK könüllüləri” proqramına qoşula bilərlər.

Seçim mərhələsi CV-lərin qiymətləndirilməsi və müsahibədən ibarət olacaq. Könüllülər üç ay müddətinə fəaliyyət göstərəcək, təlimlərdə iştirak edəcək və müxtəlif sosial bacarıqlar qazanacaqlar. Aktivliyi ilə fərqlənən könüllülərə tövsiyə məktubu və sertifikat təqdim ediləcək. Könüllülər MEK-in gündəlik fəaliyyətinə dəstək göstərmək və tədbirlərinin təşkili, oxuculara kitabxana xidmətlərinin göstərilməsi, həmçinin kitabxananın sosial şəbəkə fəaliyyətinə töhfə vermək imkanına sahib olacaqlar.

Müraciətlər 10 oktyabr 2025-ci il tarixinədək qəbul edilir. Elanla bağlı ətraflı məlumatı buradan  əldə edə bilərsiniz.

Əlaqə: (+99412) 539 73 65, e-poçt: mekkonullu@gmail.com

Qeyd edək ki, “MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri ilə könüllülərin rəsmi sosial şəbəkələri vasitəsilə (feysbuk - AMEA MEK könüllü, https://www.facebook.com/profile, instagram - amea_mek.konullu, https://www.instagram.com/amea_mek.konullu ) tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: