AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “İsgəndər bəy Məlikov – Yaxşılığa yamanlıq” kitabı çapdan çıxıb. Kitabı nəşrə hazırlayan Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovadır. Nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru isə Hacı Mustafa Mailoğludur.
Kitabda Azərbaycanlı neft sahibkarı, XIX əsrin II yarısında milli teatr və maarif sahəsində müstəsna xidmətləri olan İsgəndər bəy Məlikovun 1898-ci ildə qələmə aldığı “Yaxşılığa yamanlıq” pyesi təqdim olunub. Dörd məclisdən ibarət pyesin mövzusu həmin dövrdə cəmiyyətdə hökm sürən dini fanatizm və cəhalətin səbəb olduğu acı nəticələr və bunlara qarşı müsbət qəhrəmanların apardıqları mübarizədən ibarətdir.
Qeyd edək ki, əsərin dil və üslub xüsusiyyətləri orijinal variantda olduğu kimi saxlanılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.