Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Clarivate Analytics" silsilə onlayn seminarlar keçirəcək
15.04.2019 14:50
  • A-
  • A
  • A+

"Clarivate Analytics" silsilə onlayn seminarlar keçirəcək

15-25 iyun 2019-cu il tarixlərində "Clarivate Analytics" tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunan növbəti silsilə onlayn seminarlara start veriləcək.

Seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri, "yırtıcı" jurnallardan qorunmaq yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmək mexanizmləri və digər bu kimi vacib və aktual məsələlərə toxunulacaq.

Ətraflı məlumatla tanış olmaq və seminarlara qeydiyyatdan keçmək üçün linkdən (https://clarivate.ru/webinars) istifadə edə bilərsiniz.

Bütün seminarlar ödənişsizdir, rus dilində aparılır və qeydiyyatdan keçmək məcburidir.

Seminarlar bitdikdən bir ay sonra iştirakçılar sertifikatla təmin olunacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: