Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Horizon 2020" Green Deal Call proqramı çərçivəsində vebinar keçiriləcək
11.09.2020 15:47
  • A-
  • A
  • A+

"Horizon 2020" Green Deal Call proqramı çərçivəsində vebinar keçiriləcək

18 sentyabr 2020-ci il tarixində saat 12:00-da "Horizon 2020" Green Deal Call (Yaşıl razılaşma çağırışı) proqramı çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün maliyyə imkanları üzrə vebinar keçiriləcək.

Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq Xidmət Təşkilatı tədqiqatçıları və digər maraqlı tərəfləri virtual təlimlərdə aktiv iştiraka dəvət edir.

Virtual Green Deal təlimləri üç sessiyadan ibarətdir və hər biri Green Deal çağırışını müxtəlif aspektlərdən əhatə edir. Birinci sessiyada ümumi icmal təqdim ediləcəyi halda, ikinci və üçüncü sessiyalar daha çox təfsilata yönəldiləcək, həmçinin şəbəkələrin yaradılması və layihə təkliflərinin yazılması kimi ümumi məqamlara toxunulacaq. İştirakçılar digər müvafiq tədbirlər, məlumat mənbələri və şəbəkə imkanları üzrə linklərlə təmin ediləcək. Sessiyaların hər birində iştirak etmək olar.

Qeyd edək ki, Avropa Komissiyası ŞT ölkələrinin Avropa İttifaqı Çərçivə Proqramlarında və Avropa Tədqiqat Sahəsində (ERA) uğurlu iştirakını dəstəkləyir. Bu səbəbdən ŞT ölkələrindən olan tədqiqatçılara və innovasiya sahəsindəki mütəxəssislərə "Horizon 2020" və "Horizon Avropa" proqramlarına müraciətlərin hazırlanmasında köməklik göstərilir. 

Vebinarda iştirak üçün bu linkdən qeydiyyatdan keçmək lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: